Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycan şahmat millisinin Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə keçiriləcək dünya çempionatları üçün heyəti müəyyənləşib.

Metbuat.az xəbər verir ki, mundialda 15 nəfər ölkəmizi təmsil edəcək.

Bunlar Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abbduladı.

Dekabrın 25-də startı veriləcək dünya çempionatına ayın 31-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR