Metro və avtobuslarda oğurluq edən şəxs tutuldu

İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt ərazisində marşrut avtobuslarında və metro stansiyalarında 4 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1970-ci il təvəllüdlü Muraz Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR