Sosial şəbəkələrdə bank kartı məlumatlarının oğurlanması ilə bağlı yeni səs yazısı paylaşılıb.
Metbuat.az-ın məlumatına görə bu dəfə kibercinayətkarlar sadə vətəndaşlara şəxsi məlumatları ilə bağli daha dolğun informasiya verərərək onları aldadırlar.
Sosial şəbəkələrdə yayılan sözügedən səsdə bildirilib ki, kibercinayətkarlar vətəndaşın bank kartı haqqında xeyli məlumata malikdirlər. Hətta kartdakı rəqəmləri belə düzgün bilirlər.
Bəs həmin dələduzlarda şəxsi məlumatlarla bağlı geniş informasiya hardandır?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda polisə məlumat versinlər:
“Bu cür hallarla üzləşən vətəndaşlar DİN-in “102” xidməti, eləcə də sosial şəbəkələrdəki nazirliyin səhifələrinə yaza bilərlər”.
Ətraflı Xəzər Xəbərin hazırladığı süjetdə: