İsrail hökumətində "dinləmə" qalmaqalı

İsrail Baş Qərargah rəisi Herzi Halevi Baş naziri Binyamin Netnayahu ilə toplantıya qatılarkən qalmaqal yaşanıb.

Metbuat.az xəbər verir ki, Baş Nazirliyin təhlükəsizlik qrupları Herzi Halevinin üzərində dinləmə cihazı olması ehtimalı ilə onun əşyalarında axtarış aparmaq istəyib. İsrailin “Kanal 13” televiziyasının məlumatına görə, mübahisəli hadisə Qəzzaya hücumlarını müzakirə etmək üçün hökumət daxilində yaradılan və Baş nazir Binyamin Netanyahu, Baş Qərargah rəisi Herzi Halevi və nazirlərdən ibarət “döyüş nazirləri kabineti”ndə baş verib.

Təl-Əvividəki Müdafiə Nazirliyinin qərargahında olan İsrail Baş Nazirliyinə bağlı təhlükəsizlik işçiləri zala heç bir elektron cihaz və ya səs yazısı aparatının daxil olmadığından əmin olmaq üçün Baş Qərargah rəisi Halevi üzərində axtarış aparmaq istəyiblər. Xəbərdə Halevinin bu hadisəyə qəzəbləndiyi və zaldakılara hadisədən narazılığını ifadə etdiyi bildirilib. Yerli mənbələr yazır ki, bu mübahisə Netanyahu ilə digər tərəflər arasında fikir ayrılığının olduğu ortaya qoyur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı