“Sülhə nail olmaq üçün tarixi şans var” - Jozep Borel

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Azərbaycanla Ermənistanın birgə bəyanatını müsbət qiymətləndirib.

Metbuat.az xəbər verir ki, diplomat bununla bağlı “X” hesabında paylaşım edib.

“Aİ Azərbaycan və Ermənistanda saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə bəyanatını alqışlayır. Bu, mühüm siyasi addımdır. Regionda sülhə nail olmaq üçün tarixi şans var və bu səyləri dəstəkləməyə sadiqik”, - deyə Borel bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR