Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Çexiyanın paytaxtı Praqada kişi badmintonçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, Azərbaycan milli komandası qrupda ilk oyununu Norveç yığmasına qarşı keçirib. Heyətində Edi Reski Dviçayo, Muhammad Kadafi, Aqil Qəbilov, Diki Pangestu və Rəvan Niftəliyevin yer aldığı Azərbaycan yığması Norveç millisinə 4:1 hesabı ilə qalib gəlib. Komandamızın qrupda növbəti oyunu Norveç yığmasını 3:2 hesabı ilə məğlub edən İrlandiya millisi ilə olacaq. Qrup liderini müəyyənləşdirəcək oyun sabah Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Avropa Çempionatının təsnifat mərhələsi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR