Bakıda mebel salonu yandı

Bakının Nərimanov rayonunda ümumi sahəsi 1880 m² (hər mərtəbəsi 470 m²) olan dördmərtəbəli mebel salonunun 3-cü mərtəbəsində 50 m² sahədə yığılan yumşaq mebel dəsti yanıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mebel salonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı