İsrail ordusu Qəzza zolağında daha 4 əsgərin öldüyünü açıqlayıb.
Metbuat.az xəbər verir ki, açıqlamada ordunun Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində həlak olan hərbçilərin sayının 430-a yüksəldiyi qeyd edilib.
Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra İsrail cavab əməliyyatları təşkil edib. Hərbi əməliyyatlar nəticəsində Qəzzada ölənlərin sayı 15 minə çatıb.