Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.
Bu barədə Metbuat.az-a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, indiyə qədər 18700 bilet alınıb.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.