Türkiyə Superliqasının oyunları təxirə salındı - Hakimlər tətil etdi

Türkiyə Superliqasında yaşanan xoşagəlməz hadisəyə görə, oyunlar təxirə salınıb.

Metbuat.az xəbər verir ki, federasiya oyunların nə vaxt bərpa ediləcəyini açıqlamayıb. Həmçinin hadisədən sonra hakimlər Superliqa oyunlarında iştirak etməməyə qərar veriblər.

Qeyd edək ki, "Ankaragücü" - "Çaykur Rizespor" (1-1) oyunundan sonra meydan sahiblərinin prezidenti Faruk Koca baş hakim Halil Umut Melərin qərarlarını bəyənmədiyi üçün onu yumruqlayıb.Bu hadisədən sonra "Ankaragücü" klubunun prezidenti, Ankaranın sabiq millət vəkili Faruk Koca AK Partiyadan xaric edilməsi tələbi ilə intizam məsuliyyətinə cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı