Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz növbəti paylaşımı ilə diqqət çəkib.
Metbuat.az olay.az-a istinadla bildirir ki, Ş. Novruzla bərabər qızı Ayan da ad çəkmədən bir nəfərdən danışıblar. Onlar ard-arda paylaşdıqları videolarda sözügedən şəxsin artıq ailələrindən çıxmış biri olduğunu qeyd ediblər.
Yayılan videolarda bir bəy və xanımın səsi eşidilib. Ş. Novruzla A. Novruz videoları açıq paylaşmayacaqlarını bildiriblər. Şəfəq Novruz canlı yayım açaraq bunları söyləyib:
"Açıq demirik. Onun lazım olan ətrafı çox şeyi bildi. Gərək deyil ki, sosial şəbəkələrdə bilinsin. Amma nəslinin, kökünün adı-sanı olmayan, sıravi insanların övladları üçün utanc yoxdu. Heç nədən utanmırlar, belə hadisələrdən sonra "şərəfə" yazıb şəkil də paylaşıblar. Bizim başımıza gəlsə, yerə girərdik. Bir il ərzində çox şeyi ürəyimdə saxladım. Onda atam da sağ idi. Dəfələrlə bu haqda mənə sual gəlib, cavablandırmamışam. Demək istəyirəm ki, narahat olmayın. O, bizim ailədən çıxmış adamlara aiddir. Bundan sonra nələrsə olacaq, haqqımızda şər-böhtanlar atılacaq. O videonu da gələcəyi olan insanların xatirinə silirəm. Ailəmin səsləri mənə bəsdi. Bu söhbət Cavidana, Ayana, mənə aid deyil. Çox şükür haqq yerini tapdı. Eşitdiyim söhbətlər özünü doğrultdu".
Şərh bölməsində isə Ş. Novruzun qardaşı Nəriman Novruzun xanımı Aziza Novruzovanı nəzərdə tutduğu deyilib. Buna səbəb isə Azizanın eynilə fotolar paylaşaraq "Şərəfə" yazması olub.