Kosmosda itən pomidor tapıldı

Beynəlxalq Kosmik Stansiyada yetişdirilən və itdiyi elan edilən pomidor aylar sonra tapılıb.

Metbuat.az xəbər verir ki, NASA astronavtı Frank Rubio Beynəlxalq Kosmik Stansiyada pomidor yetişdirib və bu pomidor kosmosda yetişdirilən ilk pomidorlardan biri olub. Ardınca pomidor yoxa çıxıb və bəzi dairələr Rubionun pomidoru yediyini irəli sürüblər. Kosmosdan Yerə qayıtdıqdan sonra keçirilən NASA brifinqində danışan Rubio, "Onu (pomidoru) yapışdırdığımdan tam əmin idim. Ancaq geri qayıdanda o yox idi.

Ən çox da pomidoru yemədiyimi sübut etmək üçün onu tapmaq istədim” deyə bildirmişdi. Beynəlxalq Kosmik Stansiyanın əməkdaşları artıq pomidoru tapıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR