​"Beşiktaş" onu razı saldı - Məşhur məşqçi Türkiyəyə gəlir

"Beşiktaş"da yeni rəhbərliyin Rıza Çalımbayın oyunlarından razı qalmadığı irəli sürülür.

Metbuat.az xəbər verir ki, Rıza Çalımbayın əvəzində əsas namizədlər müəyyən edilib. “Fanatik” qəzetinin məlumatına görə, "Beşiktaş" rəhbərliyi Hansi Fliki kluba gətirmək istəyir. Tərəflər arasında ilk danışıqlar məhsuldar keçib. Sergen Yalçının da adı namizədlər arasındadır. Lakin əsas məqsəd Hansi Fliki gətirməkdir. Bildirilir ki, klub rəhbərliyi yeni oyunçular gətirmək əvəzinə yeni məşqçi gətirmək istəyir.

Qeyd edək ki, Türkiyə Superliqasının 15-ci həftəsində evdə "Fənərbaxça"ya 1:3 hesabı ilə uduzan "Beşiktaş" radikal qərarlar qəbul edib. Beşiktaş" rəhbərliyi radikal qərar verərək 5 futbolçunu komandadan kənarlaşdırıb. Vinsent Aboubakar, Valentine Rosier, Eric Bally, Raşid Gezzal və Jean Onana heyətdən kənarlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı