Xabi Alonsodan “Real” sürpriz cavab

"Bayer"in baş məşqçisi Xabi Alonso adının "Real Madrid"lə hallanması barədə iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, Alonso İspaniya komandasının baş məşqçisi olmaq üçün tələsməyəcəyini bildirib. “The Guardian”ın məlumatına görə, Xabi Alonso hazırda “Real Madrid”in baş məşqçisi olması üçün doğru vaxt olmadığını ifadə edib. Bununla belə, Alonso “Real”da nə vaxtsa məqşçilik etməyə qarşı olmadığını ifadə edib. “Vaxtın gəldiyini hiss etdiyim zaman öz qərarlarımı verəcəm” - Xabi Alonso deyib.

Qeyd edək ki, əvvəllər “Real Madrid”in gənclər komandasının məşqçisi olan, daha sonra “Real Sosyedad B” komandasını çalışdıran 42 yaşlı Alonso futbolçu karyerasında 2009-2014-cü illər arasında “Real Madrid”də çıxış edib. “Real Madrid”dən ayrıldıqdan sonra "Bavariya"ya transfer olunan Alonso 3 il Almaniya nəhəngində oynadıqdan sonra futbolu tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR