Azərbaycanda əhali ötən ay geyimə bu qədər pul xərcləyib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 541.8 milyon manat vəsait xərclənib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 888 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin noyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard 93 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı