Nişanlısının cehiz tələbini qarşılaya bilməyən gənc həkim özünə qəsd etdi - FOTO

Hindistanda Şahanə adlı həkim nişanlısının ailəsinin yüksək cehiz tələblərini qarşılaya bilmədiyi üçün intihar edib.

Metbuat.az xəbər verir ki, yaxınları 28 yaşlı həkimi yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar. Gənc həkimin yüksək dozada narkoz aldıqdan sonra dünyasını dəyişdiyi müəyyən edilib. Məlumata görə, Şahanə işlədiyi xəstəxanaya getməyəndə dostları narahat olub. Telefonuna cavab vermədiyi üçün dostları onun qaldığı yataqxanaya gedib və gənc həkimi hərəkətsiz vəziyyətdə görüblər. Xəstəxanaya aparılan gənc həkimin yüksək dozada anesteziya qəbul edərək dünyasını dəyişdiyi müəyyən edilib. Gənc həkimin ailəsi qızlarının evlənməyi planlaşdırdığı kişi həmkarının ailəsinin onlardan hədsiz miqdarda cehiz tələb etdiyini və bu tələbi ödəyə bilmədikləri üçün qızlarının həyatına son qoyduğunu açıqlayıb. Gənc qızın ailəsi onun ölümünə görə ittiham etdikləri həkim və ailəsindən şikayət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı