​“Ermənistanın daxilində çətin proseslər gedir” - Putin

“Ermənistanın daxilində çətin proseslər gedir”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin illik məbtuat konfransında Ermənistanın daxili siyasətindəki prosesləri dəyərləndirərkən belə deyib. O qeyd edib:

"Ermənistanda sadə olmayan proseslər var. Qarabağdan imtina edən biz deyilik. Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistandır. Onlar bunu öz təşəbbüsləri ilə ediblər və belə bir qərar verməyə hazırlaşırdıqları barədə bizə məlumat verməyiblər. Ermənistanda çətin daxili proseslər gedir. Müstəqil Dövlətlər Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi İttifaqına üzv olmaqdan imtina etməyin Ermənistanın xeyrinə olduğunu düşünmürəm”.

Qeyd edək ki, Vladimir Putinin Moskvada keçirilən illik mətbuat konfransı 4 saat davam edib. Vladimir Putin daxili və xarici siyasətlə bağlı 2 milyon 800 mindən çox sualdan 80-ni cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı