Aktyor Metyu Perrinin ölüm səbəbi məlum oldu

Məşhur Hollivud aktyoru Metyu Perrinin vəfatının dəqiq səbəbi açıqlanıb.

Xarici mənbələrə istinadən məlumata görə, cəsəd üzərində aparılan toksikoloji ekspertizalar nəticəsində sənətçinin yüksək dozada ağrıkəsici qəbul etdiyi məlum olub.

Tibbi ekspertizanın nəticələrinə görə, Metyu Perrinin bədənində olan ketamin həm ürək-damar sisteminin həddindən artıq stimullaşdırılmasına, həm də tənəffüs depressiyasına səbəb olub. Qanda kokain və ya heroin kimi ağır narkotik maddə aşkar edilməyib.

Amerikalı aktyor “Dostlar”, “Axmaqlar tələsir”, “Ağ xalatlılar” kimi ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı