COP29 Azərbaycanın nüfuzunun güclənməsinin sübutudur - Ceyhun Bayramov

Azərbaycan bu gün xarici siyasətdə uğurlar əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xarici İşlər Nazirliyi və ADA-nın birgə təşkilatçılığı ilə beynəlxalq münasibətlər, diplomatiya sahələrində təhsil alan tələbələrin məlumatlılığının artırılması məqsədi ilə diplomatiya həftəsində çıxışı zamanı bildirib.

    “Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi nümunəvi sədrlik adlandırılıb. Ölkəmizin QH-yə sədrliyi dövründə bu təşkilata marağın artması, yeni üzvlərin müşahidəçi statusu alması, onun nəzdində yeni institutların yaradılması, 120 ölkə tərəfindən Azərbaycanın sədrliyinin bir il də uzadılmasına razılıq verilməsi uğurlu sədrliyin nümunəsidir", - nazir vurğulayıb.

    Azərbaycanlı nazir xatırladıb ki, bu günlərdə daha bir beynəlxalq əhəmiyyətli tədbirin - COP29-un ölkədə keçirilməsinə razılığın verilməsi Azərbaycanın etibarının artması, ölkənin nüfuzunun güclənməsinin sübutudur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı