Ərdoğanın Qəzza ilə bağlı sözləri dünyanı silkələdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzza ilə bağlı çıxışı dünya mediasında gündəm olub.

Metbuat.az xəbər verir ki, Ərdoğan çıxışında “Narahat olmayın, Qəzzada Qərb dövlətlərinin dəstəyi ilə qəddar İsrail dövlətinin həyata keçirdiyi qətliamın qarşısını ala biləcəyimiz günlər Allah qoysa yaxındır” deyə mesaj verib. Xarici KİV-lər Ərdoğanın çıxışına istinadən Qəzzada yeni həmlələrin ola biləcəyini irəli sürüb.

1947-ci ildəki Fələstini və bu günü ilə müqayisə edən Ərdoğan deyib:

"İkinci dünya müharibəsindən sonra İslam dünyasında bir çox müstəqil dövlətlər yaransa da, bunların kağız üzərində qaldığını və reallıqda belə olmadığını bilirik. 1947-ci ildə Fələstini düşünün, hazırki Fələstini düşünün. Haradan hara? Necə istismar ediblər? Dünya sionizmi Fələstində baş verənləri, sərhədləri necə müəyyən edibsə, hazırda onu daha da irəli aparmağa çalışırlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı