İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Metbuat.az xəbər verir ki, “Qarabağ” - "Braqa" klubu ilə qarşılaşıb.
UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında yer aldığı H qrupunu 10 xalla ikinci pillədə başa vurub.