Victoria Rosushchan: "Sərhədsiz düşüncə - müasir həyatın uğurudur"

Victoria Rosushchan, Ukraynalı televiziya aparıcısı, aktrisa və modeldir. O, 6 Avqust 2006-cı ildə Praqa şəhərində anadan olub. Kiçik yaşlarından yaradıcılığa böyük həvəsi olan Vicrtorianın aktrisa olmaq uşaqlıq arzusu idi. O, bu illər ərzində müxtəlif ölkələrin dillərini, mədəniyyət və adətlərini öyrənilməsinə böyük maraq göstərib. Victorianın əsas hobbilərindən biri fiqurlu konkisürmədir.

Victoria, Fashion TV UA-nın səfiridir və artıq tanınmış Ukrayna ifaçıları və rejissorları ilə bir sıra əməkdaşlıqlarda iştirak edib. Gənc aktrisanın əsas şüarı budur: "Sərhədsiz düşüncə - müasir həyatın uğurudur". O, həmçinin gənc yaşlarında biznesin əsaslarını öyrənərək, gələcəkdə özünü yalnız yaradıcı uğurlu qadın kimi deyil, həm də işgüzar qadın olaraq tanınmaq istəyir.

Qeyd edək ki, Victoria Rosushchan bir müddət öncə Fairmont Baku otelində keçirilən Global Woman Awards tədbirində mükafata layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı