Polşada prezidentlə yeni hökumət arasında gərginlik

Polşada koalisiya hökuməti hakimiyyətə gəldikdən sonra əvvəlki hakimiyyətə yaxınlığı ilə tanınan Prezident Anjey Dudanın atacağı addımlar müzakirə olunur.

Metbuat.az xəbər verir ki, Donald Tuskun rəhbərlik etdiyi yeni administrasiya məhkəmə sisteminin siyasiləşdiyini iddia edərək burada struktur dəyişiklikləri etməyi planlaşdırır. Anjey Duda parlamentin aşağı palatası olan Seymin sədri Şimon Holovniyaya məktub yazaraq, təyin etdiyi hakimlərin statusunun korlanmasına heç vaxt icazə verməyəcəyini bildirib.Anjey Duda məktubda Polşa Respublikasının Prezidenti tərəfindən təyin olunan hakimlərin statusunun müzakirə edilməsinə imkan verməyəcəyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı