İsraildən HƏMASA təklif

Təl-Əviv administrasiyası Qəzza zolağında HƏMAS-ın 40 məhbusun azad etməsi müqabilində azı bir həftə humanitar fasilə təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin “Walla News” saytı adı açıqlanmayan İsrail rəsmilərinə əsasən belə xəbər dərc edib. Bildirilir ki, Təl-Əviv rəhbərliyi Qətərə HƏMAS ilə yeni girov mübadiləsi razılaşması əldə etmək təklifini çatdırıb. Qəzzadakı 40 israilli girovun azadlığa buraxılması qarşılığında humanitar fasilə təklif edən Təl-Əviv, yeni razılaşma əldə olunacağı təqdirdə İsrail həbsxanalarındakı bəzi fələstinli məhbusların da azad edilməsini təklif edib. HƏMAS-ın bu təklifə reaksiyası ilə bağlı məlumat verilməyib.

HƏMAS əvvəlki bəyanatında bildirib ki, İsrail Qəzzaya hücumları tamamilə dayandırmasa girov mübadiləsi ilə bağlı danışıqlar aparmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı