Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.

M.Məmmədov Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edilib.

Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb.

Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki, burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda şəxsi heyətlə birgə nahar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı