Faydalı olması üçün yumurtanı belə bişirin

Qayğanaq, sulu, bərk, paşot - hansı yumurta orqanizmə daha faydalıdır?

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, dietoloq Aleksandra Razarenova sağlam yumurtadan danışıb.

“Yumurta çox güclü termik emala məruz qalmamalı, onu bişirərkən artıq yağ istifadə edilməməlidir.

Yağda hazırlama yumurtada doymuş yağları və kalorini artırır ki, bu da zərərlidir.

Əgər qayğanağı sevirsizsə, tavaya yağı sadəcə sürtün, bol tökməyin, xüsusi tava seçin və vam odda bişirin.

Yalnız bu halda həm sarının, həm ağın strukturunu zədələnməkdən qoruya bilərsiz.

Vacib şərt: sarının bir az yumşaq, sulu qalmasıdır. Yumurtaya duz və istiot əlavə etməyin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR