Abramoviçin ofisianta verdiyi bəxşiş heyrətə gətirdi - FOTO

Rusiyalı milyarder Roman Abramoviç İstanbulda restoranların birində dostları ilə qonaq olub.

Metbuat.az xəbər verir ki, xidmətdən razı qalan Abramoviç ofisiantlara 175 min türk lirəsi bəxşiş verib. Hesab isə 85 min türk lirəsi olub. Abramoviç mühafizəçilərinin müşayiəti ilə məkanı tərk edib. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Avropa və ABŞ-ın sanksiyaları ilə üzləşən rusiyalı milyarder Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satdıqdan sonra İngiltərədən köçüb. O İstanbulda ev alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR