Fransada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

Azərbaycanın Fransadakı səfirliyi 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarına çağırış edib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Prezident seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası
vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluq|arında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

"Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Fransa Respublikasında daimi yaşayan və ya
müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur", - müraciətdə deyilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı