Türkiyənin TRT haber telekanalı Bakı-2015 Birinci Avropa Oyunlarına həsr olunan geniş reportaj yayımlayıb.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, reportajda Azərbaycanın qonaqpərvərliyi , Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi qeyd edilir.
Bütün bunlarla yanaşı, reportajda Azərbaycanın tarixi məkanları, eyni zamanda Olimpiya məşəlinin Azərbaycan bölgələrinə aparılması vurğulanıb.
Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx da reportajda nümayiş olunub.
Milli.Az