Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı

Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınnalı kəndindəki qəbiristanlıqdan ümumi dəyəri 450 manat olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Araz Qədimov saxlanılıb.

Maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilən A. Qədimov dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR