Dekabrın 23-də günün ikinci yarısından ölkə ərazisində dəyişən hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı olmaq, yüngül konstruksiyalı müvəqqəti tikililərdən uzaq durmaq, reklam lövhələri və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, güclü küləklə müşayiət olunan yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.