Bu ölkədə atəşfəşanlıq qadağan edildi

Nigeriyada Yeni il şənlikləri zamanı atəşfəşanlıq və partlayıcı məhsullardan istifadə təhlükəsizlik problemlərinə görə qadağan edilib.

Metbuat.az xəbər verir ki, açıqlamada ölkədə artan təhlükəsizlik problemləri səbəbiylə ştatlarda Yeni il şənliklərində atəşfəşanlıq və bütün partlayıcı məhsulların satışı və istifadəsinin qadağan edildiyi bildirilib. Bəyanatda ictimaiyyətin təhlükəsizliyi üçün belə qərarın verildiyi, tələbləri yerinə yetirməyənlərin saxlanılacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı