Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı oyunçusunu açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holann layiq görülüb.
23 yaşlı forvard 208 xalla bütün rəqiblərini qabaqlayıb.
Fransa millisinin və PSJ-nin üzvü Kilian Mbappe 105 xalla ikinci, mövsümün əvvəlində PSJ-dən ABŞ-nin "İnter Mayami" klubuna keçən argentinalı Lionel Messi (85) üçüncü olub.
Qeyd edək ki, Holann cari ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.