"Qarabağ" onu milyonluq futbolçu ilə əvəzləyir - FOTO

"Qarabağ" klubu uzun müddətə sıradan çıxan futbolçusu Kevin Medinanın əvəzedicisini tapıb.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinə Gürcüstan millisi və hazırda APOEL (Nikosia) formasını geyinən Laşa Dvali təklif olunub. 28 yaşlı mərkəz müdafiəçisini bəyənən klub qarşı tərəfə rəsmi təklif göndərib və hazırda cavab gözlənilir.

Futbolçunun "Transfermarkt"də dəyəri 1,2 milyon manat (600 000 avro) civarındadır.

Qeyd edək ki, Dvali karyerası ərzində "Ferentsvaroş", "Kasımpaşa" klublarında çıxış edib.

Kevin Medina


Laşa Dvali



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR