Azad edilmiş ərazilərdə təminat yolları qardan təmizlənir - VİDEO

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təminat yolları qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə saxlanılır, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.
Mühəndis təminatı üzrə tədbirlər plana uyğun olaraq növbəti ildə də davam etdiriləcək”, - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı