Yüksək texniki peşə təhsili alanların sayı açıqlandı

Elm və Təhsil Nazirliyi 2023-cü ildə yüksək texniki peşə təhsilinə qəbul olanların sayını açıqlayıb.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, cari ildə yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə 1209 nəfər tələbə adını qazanıb.

Bu təhsil səviyyəsindən məzun olmuş 21 nəfər subbakalavr dərəcəsi alaraq ali məktəbə qəbul olub. Onlardan 10 nəfəri dövlət sifarişi ilə, 11 nəfəri ödənişli təhsil alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR