“Qarabağ” Çempionlar Liqasının tarixinə düşdü

Ofisi İngiltərədə yerləşən “GiveMeSport” portalı Çempionlar Liqası tarixində oynamış büdcəsinə görə ən kiçik 10 klubun siyahısını tərtib edib.

Metbuat.az xəbər verir ki, saytın eksperləri siyahını klubların ilk növbədə iqtisadi vəziyyətini, sonra tarixini, azarkeş bazasını və oyuna gələn fanatlarının sayını nəzərə almaqla hazırlayıb. Bu zaman təsnifat mərhələləri deyil, yalnız qrup mərhələsində iştirak əsas götülüb.

Reytinqdə Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Ağdam klubu 4-cü yerdə qərarlaşıb.

Bu siyahıya düşən 10 komanda aşağıda adları qeyd edilənlərdir:

1. “Unirya” (Rumıniya)

2. “Şerif” (Moldova)

3. “Astana” (Qazaxıstan)

4. “Qarabağ” (Azərbaycan)

5. BATE (Belarus)

6. “Maribor” (Sloveniya)

7. APOEL (Kipr)

8. “Viktoriya” (Plzen, Çexiya)

9. “Krasnodar” (Rusiya)

10. “Antverpen” (Belçika)

Xatırladaq ki, “Qarabağ” 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk və hələlk sonuncu dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. Bu mərhələdə onlar “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (Madrid, İspaniya) ilə mübarizə aparıb. Qurban Qurbanovun komandası “Atletiko” ilə hər iki oyunda heç-heçə edib (0:0, 1:1) digər dörd matçda isə uduzub və qrupu 2 xalla sonuncu yerdə tamamlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı