Müğənni Manana Çaparidze "Xəzər" televiziyasının verilişlərindən birinə velosipedlə gəlib.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, onun sosial şəbəkələrdə velosipedlə çəkilmiş şəkillərinə yüzlərlə şərh gəlib.
İzləyicilər Manananın bu hərəkətini bəyəndiklərini, sadəliyin ona baş ucalığı gətirdiyini yazıblar.
Bəziləri isə Manananı digər müğənnilərlə müqayisə edərək bildiriblər: "Başqaları bahalı maşından lovğalanaraq düşürlər, yanlarında ən az 2 mühafizəçi olur".