Vyanada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

17:23 19 Yanvar 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+


Vyana, 19 yanvar, AzərTAc
Azərbaycanın Avstriyadakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Mərasimdə bu ölkədəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və Avstriyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Qalib İsrafilov 20 Yanvar hadisələrinin mahiyyəti və nəticələri ilə bağlı çıxış edərək, bu hadisələrin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində müstəsna yer tutduğunu vurğulayıb. Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar hadisələri totalitar sovet rejiminin süqutunu sürətləndirən və müttəfiq dövlətlərin müstəqilliyə qovuşmasına yol açan mühüm tarixi fenomen kimi səciyyələndirilib.
Mərasimdə müxtəlif qeyri-hökumət qurumlarının, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının nümayəndələri çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vyanada_20_Yanvar_sehidlerinin_xatiresi_yad_edilib-825820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR