Xanlarova sükutu pozdu: "Mənə heykəl qoymaq istəyirdilər" - VİDEO

Xalq artisti Zeynəb Xanlarova RTV-də qonaq olub. O, son günlər ünvanına səslənən tənqid və ittihamlara cavab verib.

Metbuat.az yenisabah.az-a istinadən xəbər verir ki, Zeynəb Xanlarova haqsız hücumlara məruz qalmasından şikayətlənib. Xanəndə deyib ki, dilindən çıxmayan sözləri onun adına yazırlar: "Mən namuslu ailədən çıxmışam. Mən heç vaxt xalqımı, dövlətimi satmaram. Amma indi mənim əleyhimə təbliğat aparırlar. Guya mən demişəm ki, uşaqpulu verilməsin. Guya demişəm ki, müəllimlərin maaşı artmasın. Belə yalan olar? Mən bu sözləri harada demişəm? Sübut eləyin ki, mən belə söz demişəm! Parlamentdə etdiyim çıxışlar arxivdə qalır. Qaldırıb baxın. Görün nə demişəm. Əksinə, mən demişəm ki, müəllim şabalıd satır. Əgər müəllimin durumu yaxşı olsa, bunu etməz. Uşağını dolandırmaq üçün şabalıd satır. O jurnalistlər belə yalan uydurmağı özlərinə necə rəva bilirlər? Bu günün sabahı da var. Sabahınızı fikirləşin. Bu adamlar o biri dünyada necə cavab verəcək?"

Zeynəb Xanlarova deyib ki, belə ucuz üsullarla onu xalqın gözündən sala bilməyəcəklər: "Mən xalqımı sevirəm, xalqım da məni. Əlli ildə yığdığım hörməti bir gündə yerə vura bilməzisiniz. Mən xalqıma, vətənimə bağlı adamam. Türkiyədə mənə heykəl qoymaq istəyirdilər. Amma qardaş ölkə olsa da, mən orada qalmadım. Mən xalqıma, vətənimə bağlı

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı