İspaniyadan Kosovo ilə bağlı vacib qərar

Kosovo Baş nazirinin Avropaya inteqrasiya, inkişaf və dialoq üzrə birinci müavini Besnik Bislimi İspaniyanın Kosovo Respublikasının pasportunu tanıdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Besnik Bislimi bu barədə sosial media hesabında paylaşım edib. Bislimi, İspaniyanın Kosovo vətəndaşlarının vizasız səyahət edə biləcəyi Şengen Bölgəsindəki ölkələrinə qoşulduğunu ifadə edərək, "Avropa İttifaqı Komissiyasının Miqrasiya və Daxili İşlər Baş İdarəsi İspaniyanın artıq bu ölkəni tanıdığını açıqladı. Beləliklə, biz indi bu ölkəyə vizasız gedə bilərik” deyə qeyd edib.

Kosovonun 2008-ci ildə Serbiyadan birtərəfli olaraq müstəqilliyini elan etməsi 5 Avropa Birliyi üzvü - İspaniya, Yunanıstan, Rumıniya, Slovakiya və Cənubi Kipr Rum Administrasiyası tərəfindən tanınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı