“2024-cü ildə bu ərazilərdə yeni müharibələr ola bilər” - Qorxulu proqnoz

2024-cü ildə dünyada yeni qaynar nöqtələr yarana bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Ura.ru” hərbi analitik, Rusiya Hərbi Elmlər Akademiyasının böyük elmi işçisi Vladimir Proxvatilova istinadən məlumat yayıb.

Ekspertin fikrincə, Yaxın Şərq və Mərkəzi Asiyada yeni münaqişələr yarana bilər.

O əlavə edib ki, Qərb ölkələri Qazaxıstanda dövlət çevrilişi planlaşdırır: “Mən Mərkəzi Asiyada ABŞ və Böyük Britaniyanın bütün istiqamətlərdə fəallaşmasından və Qazaxıstanı Rusiyadan qoparmağa çalışmasından narahatam. Qərbin 2022-ci ilin yanvar çevrilişini təkrarlamağa çalışacağını istisna etmirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı