Fransanın Baş naziri istefa verdi

Fransanın baş naziri Elizabet Born istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə respublika prezidenti Emmanuel Makron “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verib.

Bornun istefa ərizəsini təmin edən dövlət başçısı ona “sədaqətinə və qətiyyətinə” görə təşəkkür edib.

Qeyd edək ki, Born 2022-ci ilin mayından Fransa Nazirlər Kabinetinə rəhbərlik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı