PSJ prezidentindən Mbappe barədə sürpriz çıxış - "Getməyəcək"

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandanın hücumçusu Kilian Mbappe ilə bağlı danışıb.

Metbuat.az xəbər verir ki, o, 25 yaşlı futbolçunu dəstəkləyib:“Hər kəsdən Kilianı rahat buraxmağı xahiş edirəm. Mən ona arxayınam. O, heç vaxt kluba qarşı pis bir hərəkət etməyəcək. Mən Mbappeyə güvənirəm. Onu rahat buraxın, biz bir ailəyik. Mən futbolçumuzu qorumaq istəyirəm. Komandanın bütün oyunçuları önəmlidir və indi biz çox həssas dönəmdəyik".

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm forvard komandanın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 qolun ötürməsini verib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Onun "Real"a keçəcəyi ehtimal olunur. "Transfermarkt" internet portalına görə, futbolçunun təxmini dəyəri 180 milyon avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR