Emil Rəhmanın qızı hər kəsi ağlatdı - FOTO

Əməkdar artist Rəhman Rəhmanın gəlini, mərhum müğənni Emil Rəhmanın həyat yoldaşı Sabrina Həmzəyeva paylaşım edib.

Metbuat.az xəbər verir ki, Sabrina Həmzəyevanın qızı Zəhranın atasına yazdığı sözlər izləyicilərini kədərləndirib.

"Ata, öldün. Amma o dünyada çox yaxşı olacaqsan. Orada bir daha ölməyəcəksən. Səni çox sevirəm" deyə mərhum müğənninin qızı qeyd edib. Sabrina Həmzəyevanın dediklərinə görə, müğənni Zəhranın bioloji atası olmasa da, bu faktı heç vaxt qıza hiss etdirməyib.

Xatırladaq ki, Emil Rəhmanoğlu 29 sentyabr 2023-cü ildə ürəktutmasından vəfat edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı