Türkiyədə format dəyişdi - Çempionlar Liqasındakı sistem tətbiq edilir

Türkiyə Futbol Federasiyası Türkiyə Kubokunun formatını dəyişərək, Çempionlar Liqasında da yeni mövsüm tətbiq olunacaq formatla oynanılacağını açıqlayıb.

Metbuat.az xəbər verir ki, seçmə və final mərhələləri tək oyunluq formatla keçiriləcək. Qrup oyunları 6 komandadan ibarət 4 qrupda, 24 komandanın iştirakı ilə keçiriləcək. Yeni formata görə, qruplarda iştirak etmək hüququ qazanacaq 24 komanda liqadakı sırasına və əldə etdiyi uğurlara görə sıralanaraq 3 qrupa bölünəcək. Hər qrupdan 2 olmaqla 6 komanda bir qrup təşkil edəcək. Qrupdakı hər komanda A, B və C səbətlərində hər biri 1 komanda ilə ümumilikdə 3 oyun keçirəcək. Qrup yarışları nəticəsində ilk 2 yeri tutan komanda 1/4 finala yüksələcək.

Növbəti mövsümdə Türkiyəni UEFA kuboklarında təmsil edəcək 5 komanda birbaşa qrup yarışlarında iştirak edəcək. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra qrupda iştirak etmək hüququ qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR