Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transfer olunduğu “Kocaelispor”da qazanacağı məbləğ bəlli olub.
Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı forvard bonuslar da daxil olmaqla cari mövsümün qalan 6 ayı üçün 300 min avro alacaq.
Yığmamızın üzvünün növbəti mövsüm üçün gəliri isə 550 min avro təşkil edəcək.
Qeyd edək ki, Ramil Şeydayevin son klubu Tailand “Buriram Yunayted”i olub.