"Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə ev matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının açıqladığı proqramda bildirilib.
Fevralın 4-də baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.