Nadir Qafarzadə ikinci dəfə ailə qurub? - "Ağzınız şirin olsun" / VİDEO

Müğənni Nadir Qafarzadə ötən gün İnstaqramda son paylaşdığı video ilə gündəm yaradıb.

O, mətbəxdə bir xanımla görüntülərini paylaşaraq evli olduqlarını deyib: "Təzə arvad budu də. Əziz dostlar, həyat yoldaşımla tanış olun, bizə xoşbəxtlik arzulayın”.

Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, müğənninin bu paylaşımı isə izləyiciləri tərəfindən birmənalı qarşılamayıb. Çoxları bunun zarafat olduğunu, bəziləri isə ifaçını təhqir edib və bunu ona yaraşdırmadıqlarını qeyd edib. Metbuat.az Yenisabah.az-a

Sənətçi paylaşdığı görüntülər haqda açıqlama verərək yenidən evlənmədiyini qeyd edib:

“Dünən bəzi görüntülər paylaşdım. İnsanlar şokdan hələ çıxmayıb, mənə zənglər gəlir. Tutaq ki, Nadir evlənib. İnsan evlənəndə onu söyürlər? Çoxları təhqirə keçdi. Əzizlərim, mən evlənməmişəm. Mən elə həminki Nadirəm və mən “sevirəm” sözünü bir dəfə deyirəm. Bu yaşdan sonra mənə yenidən evlənmək yaraşmaz. Artıq övladlarım böyükdür, gəlinim var. Dünəndən nəsil, ata, ana qoymadınız... Neylək, biz buna öyrəşmişik. Mən o söyüşlər özünüzə qayıtsın deməyəcəyəm. Ağzınız şirin olsun! Həmin görüntülərin nə olduğunu isə yaxın zamanda biləcəksiniz”.

Qeyd edək ki, Nadir Qafarzadənin həyat yoldaşı Sevinc xanımdan iki oğlu var.

Həmin kadrları təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı