Azərbaycan klubu tanınmış ​portuqaliyalı futbolçuya təklif göndərdi

Portuqaliyalı futbolçu Pedro Miqel Ruas Maçado Azərbaycandan təklif alıb.

Metbuat.az xəbər verir ki, bu barədə 27 yaşlı mərkəz müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında bildirib.

Maçado konkret hansı klubun onunla əlaqə saxladığını deməyib. Ancaq o, Azərbaycanla yanaşı, başqa ölkələrdən təkliflərinin olduğunu da vurğulayıb: “Portuqaliyada qalmağım istisna deyil. Ancaq gücümü göstərmək üçün ölkə xaricində çıxış etmək istəyirəm. Öz keyfiyyətimə bələdəm, istənilən komandaya xeyir verəcəyimə inanıram”.

Qeyd edək ki, Pedro Maçado 2023-cü ilin yayından klubsuzdur. Müdafiəçi son olaraq ötən mövsüm Portuqaliyanın “Setubal” komandasında oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı